“Covid-19 Hub” adlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə və təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.
Yunus Emre İnstitutu Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayədarlığı altında “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihə”sini (Türkiye Akademik ve Bilimsel İşbirliği Projesi-TABİP) icra edir. Yunus Emre İnstitutu eyni zamanda elmi əməkdaşlıq və informasiya mübadiləsini təmin edən TABİP ilə elmi diplomatiya fəaliyyətlərini də icra edir.
İnstitut, COVID-19-un çarəsini tapmaq üçün fəaliyyət göstərən bütün tərəflərin aktual elmi araşdırmaları və texniki inkişafları ən etibarlı mənbələrdən izləyə bilmələrini təmin etmək üçün covid19.tabipacademy.com saytını istifadəyə verib. “Covid-19 Hub” adlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə və təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.
Yunus Emre İnstitutu bu əhatəli platforma ilə koronavirusa qarşı elmi və texniki mübarizəyə öz töhfəsini verir. Əsas mənbələrdən əldə olunan ən müasir yenilikləri, məlumatları və tapıntıları tərtib edərək, yüz minlərlə xəstənin həyatını xilas etmək və virusun yayılmasının qarşısını almaq üçün zaman ilə mübarizə aparan elm adamları, həkimlər, tibbi avadanlıq istehsalçıları və bütün aidiyyəti tərəflər üçün əlçatan hala gətirir və koronavirusa qarşı elmi və texniki mübarizəni sürətləndirir.
Leave a Comment