In the Press

AZƏRTAC: Yunus Əmrə İnstitutu COVID-19-un Həllinə Elmi Diplomatiya ilə Köməklik Göstərir!

Yunus Əmrə İnstitutu Türkiyə Cümhuriyyəti Prezident Aparatının himayədarlığı altında “Türkiyə Akademik və Elmi Əməkdaşlıq Layihəsi”ni (TABİP) icra edir. Yunus Əmrə İnstitutu, eyni zamanda, elmi əməkdaşlıq və informasiya mübadiləsini təmin edən TABİP ilə, elmi diplomatiya fəaliyyətlərini də icra edir.

AZƏRTAC xəbər verir ki, institut, COVID-19-un çarəsini tapmaq üçün fəaliyyət göstərən bütün tərəflərin aktual elmi araşdırmaları və texniki inkişafları ən etibarlı mənbələrdən izləyə bilmələrini təmin etmək üçün covid19.tabipacademy.com saytını istifadəyə verib. “Covid-19 Hub” adlı sayt onlarla fərqli başlıq altında yüzlərlə məqalə və təhlilləri ödənişsiz olaraq insanların istifadəsinə təqdim edir.

Yunus Əmrə İnstitutu bu əhatəli platforma ilə koronavirusa qarşı elmi və texniki mübarizəyə öz töhfəsini verir. Əsas mənbələrdən əldə olunan ən müasir yenilikləri, məlumatları və tapıntıları tərtib edərək, yüz minlərlə xəstənin həyatını xilas etmək və virusun yayılmasının qarşısını almaq üçün mübarizə aparan elm adamları, həkimlər, tibbi avadanlıq istehsalçıları və bütün aidiyyəti tərəflər üçün əlçatan hala gətirir və koronavirusa qarşı elmi və texniki mübarizəni sürətləndirir.

“Covid-19 Hub” başlıca olaraq Türkiyədəki yaxşı nümunələri və yenilikləri, eyni zamanda, Yunus Əmrə İnstitutlarının dünya səviyyəsindəki şəbəkəsini istifadə edərək Yaponiyadan Cənubi Koreyaya, Almaniyadan ABŞ-a qədər hər ölkədəki yaxşı tətbiqləri insanlığın xidmətinə təqdim edir.

Daha çox məlumat üçün buraya vurun »

Leave a Comment